Şabranda yeniyetməni avtomobil vuraraq öldürüb

Şabranda yeniyetməni avtomobil vuraraq öldürüb.

"Report"un Şimal bürosunun xəbərinə görə, hadisə rayonun Ağalıq kəndində qeydə alınıb.

Belə ki, "Toyota Prius" markalı avtomobil 2011-ci il təvəllüdlü Ağayev Hacıbala Davud oğlunu vurub. Nəticədə yeniyetmə aldığı xəsarətlərdən vəfat edib.

Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 07 aprel, 2026 / 06:31