Şabranda qəza nəticəsində Səudiyyə Ərəbistanı vətəndaşı yaralanıb

Quba. 22 iyun. REPORT.AZ/ Şabran-Dəvəçi yolunda ərəb turistin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi xəbərə görə, axşam saatlarında taksi kimi fəaliyyət göstərən minik avtomobili Şabran rayonu ərazisində hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı səkiyə çırpılıb.

Nəticədə maşında olan sərnişin, Səudiyyə Ərəbistanı vətəndaşı, 1948-ci il təvəllüdlü Məhəmməd Əbdültalib Mustafa xəsarət alaraq Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib. Yaralının vəziyyəti orta-ağırdır.

Fakt araşdırılır.

Digər xəbərlər

Lənkəranda zəlzələ olub 27 mart, 2026 / 14:57