Şabranda həmyerlisini bıçaqlayan şəxs saxlanılıb

Şabran. 18 dekabr. REPORT.AZ/ Şabran rayonunda həmyerlisini bıçaqlayan şəxs saxlanılıb. 

Bu barədə "Report"un Şimal bürosuna DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.  

Bildirilib ki, dekabrın 14-də axşam saatlarında Şabran şəhər sakini Əşrəf Abbasov qarının və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini, 1995-ci il təvəllüdlü Seymur Niftəliyev tutularaq polis şöbəsinə gətirilib. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edib, aralarında yaranmış münaqişə zəmnində Ə.Abbasova xəsarət yetirdiyini bildirib.

Faktla bağlı cinayət işi açılıb, ibtidai istintaq aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47