Şabranda 6 və 8 yaşlı uşaqlar xəsarət alıb

Şabran şəhər sakinləri velosipedlə hərəkət qaydalarına düzgün əməl etmədiyinə görə xəsarət alıblar.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, şəhərin H.Z.Tağıyev küçəsi ünvanında yaşayan 2013-cü il təvəllüdlü Əliəşrəf Elşad oğlu Soltanlı və Ş.Vahabzadə ünvanında yaşayan 2015-ci il təvəllüdlü Yusif Soltan oğlu Cəfərov ayrı-ayrı ünvanlarda velosipeddən yıxılaraq, xəsarət alması səbəbilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralılara sol və sağ qolun sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19