Şabranda 16 yaşlı gənc dərmandan zəhərlənib

Şabran rayonunda zəhərlənmə hadisəsi olub.

"Report"un Şimal bürosunun məlumatına görə, Qorğan kənd sakini, 2005-ci il təvəllüdlü Abdulrəhman Şaiq oğlu Teymurov dərman zəhərlənməsi şikayəti ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ona xəstəxanada tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39