Şabranda 12 yaşlı yeniyetmə zəhərlənib

Şabranda zəhərlənmə hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin N.Nağıyev küçəsində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Osman Cəlal oğlu Vəliyev sirkə turşusundan zəhərlənib. O, Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaxınlarının bildirdiyinə görə, yeniyetmə sirkə turşusunu səhvən içib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41