Şabran sakinləri Siyəzəndə qəzaya düşdü, xəsarət alan var

Şabran rayon sakini olan gənc qadın avtomobil qəzasında xəsarət alıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi Siyəzən rayonu ərazisində baş verib.

Belə ki, Şabran rayon sakini Nuru Füzuli oğlu Hacıyevin idarə etdiyi 99-PK-917 dövlət nömrə nişanlı "Nissan X-trail" markalı minik avtomobili qoşqulu yük avtomobilinə çırpılıb. Nəticədə, minik avtomobilində olan sərnişin Şabran rayon sakini 1987-ci il təvəllüdlü Vüsalə Hacıbaba qızı Hacıyeva müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47