Şabran Rayon Polis Şöbəsində kadr dəyişikliyi olub

Şabran Rayon Polis Şöbəsində (RPŞ) kadr dəyişikliyi olub.

“Report”un Şimal bürosunun məlumatına görə, bununla bağlı daxili işlər naziri, polis general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Cəmil Nəsirov Şabran RPŞ-nin Əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib.

O, bu vaxta qədər həmin şöbədə Xidmət üzrə rəis müavini vəzifəsində çalışıb.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41