Sabirabadda yol qəzasında bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Sabirabadda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Qaratoğay kəndi ərazisində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində rayonun Şıxsalahlı kənd sakini, 2009-cu il təvəllüdlü Abdullayev Əlikram Mahir oğlu dünyasını dəyişib, daha iki nəfər isə yaralanıb.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47