Sabirabadda qadın televizorun yanması zamanı xəsarət alıb

Sabirabad. 14 aprel. REPORT.AZ/ Sabirabadda baş verən yanğın zamanı ev sahibi yanıq xəsarətləri alıb.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Sabirabad şəhəri, Muğan prospekti ev 34-də qeydə alınıb.

Həmin ünvanda yaşayan 1955-ci il təvəllüdlü Rzayeva Firuzə Hacıbala qızı evdəki televizorun yanması zamanı aşağı ətrafından yanıq xəsarətləri alıb. Yaralı Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47