Sabirabadda klinikada baş verən yanğın söndürülüb - YENİLƏNİB

Sabirabadda klinikada baş verən yanğın söndürülüb.

“Report”un Aran bürosunun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabirabad rayonunda klinikada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birmərtəbəli klinikanın dam örtüyündə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

17:24

Sabirabadda “Muğan” klinikası yanır.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Muğan prospektində qeydə alınıb.

İlkin məlumata görə, klinika anidən alovlanaraq yanmağa başlayıb.

Hazırda yanğının söndürülməsinə FHN Sabirabad Yanğından Mühafizə xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər