Sabirabadda iki avtomobil toqquşub, xəsarət alan var

Sabirabadda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Cavad küçəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Saatlı rayonunun Novruzlu kənd sakini, 1983-cü il təvəllüdlü Cavadova Günay Əlamətdin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qubada zəlzələ olub 09 dekabr, 2025 / 22:49