Sabirabad rayonunda bir nəfərin ölümü, daha bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzində qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində rayonun Kürkəndi kəndində yaşayan, 1992-ci il təvəllüdlü Zamanov Tamerlan Əlizaman oğlu ölüb.
Ağır bədən xəsarətləri alan rayonun Kürkəndi kənd sakini, 2002-ci il təvəllüdlü Cəbrayılzadə Namil Ramil oğlu paytaxt Bakıya göndərilib.
Vəziyyəti ağır olduğu üçün onun paytaxt Bakıya göndəriləcəyi gözlənilir.
Faktla bağlı araşdırma aparılır.