Sabirabadda iki avtomobil toqquşdu, xəsarət alan var

Sabirabadda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Çölbeşdəli kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Jiquli” markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub.

Qəza zamanı, rayonun Çölbeşdəli kənd sakini, 1980-ci il təvəllüdlü Əliyev Rahib Eyvaz oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda fərdi ev tam yanıb 21 mart, 2026 / 17:18