Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

Sabirabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Şəhriyar kəndinin ərazisində qeydə alınıb.

Belə ki, rayonun Şəhriyar kənd sakini, 1970-ci il təvəllüdlü Qasımov Yaşar Şirin oğlu yolu keçmək istəyən zaman onu avtomobil vurub.

Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər