Sabirabadda 34 yaşlı qadın tüstüdən zəhərlənib

Sabirabad rayon sakini tüstüdən zəhərlənib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Mirzağa Hümbətov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, sözügedən küçədə yerləşən marketlərin birində elektrik xəttində yanğın baş verib. M.Hümbətov küçəsi, 116 ünvanında yaşayan 1991-ci il təvəllüdlü Şahbazova Sevər Oruc qızı yanğınla müşayiət olunan tüstüdən zəhərlənib.

O, Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xaçmaz rayonunda zəlzələ olub 05 iyul, 2026 / 09:05
Masazırda maşın yanıb 04 iyul, 2026 / 14:30
İmişlidə zəlzələ olub 04 iyul, 2026 / 13:48