Sabirabadda 26 yaşlı gənc döyülüb

Sabirabadda döyülmə hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Axıska kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ələkbərov İlham Azay oğlu tanıdığı şəxs tərəfindən döyülərək müxtəlif dərəcəli xəsarətlər alıb.

O, Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 13 noyabr, 2026 / 19:13