Sabirabad sakinindən 11 kiloqramdan çox tiryək götürülüb

Sabirabad sakinindən 11 kiloqramdan çox narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub regional şöbəsi və Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində birgə əməliyyat-axtarış tədbirləri keçiriblər.

Nəticədə Sabirabad rayon sakini Babək Əzizovdan 11 kiloqram 845 qram tiryək götürülüb.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14