Sabirabad sakini laqonda ilə ayaq barmağını kəsib

Sabirabadda bədbəxt hadisə baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Çölbeşdəli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1964-cü il təvəllüdlü Məmmədov Azad Babalı oğlu kəsici alətlə (laqunda) işləyərkən ehtiyatsızlıqdan sol ayağının baş barmağının vətərini kəsib.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər