Saatlıda yol qəzası zamanı 2 nəfər xəsarət alıb

Saatlı. 2 noyabr. REPORT.AZ/ Saatlıda baş verən yol-nəqliyyat hadisəsində 2 nəfər xəsarət alıb

“Report”-un Mil-Muğan bürosunun məlumatına görə, 21.00 radələrində rayonun Kamallı kəndində "VAZ-2107" markalı avtomobil traktorla toqquşub.

Hadisə nəticəsində avtomobildə olan İmişli sakinləri - 1972-ci il təvəllüdlü Elşad Hüseynov və 1977-ci il təvəllüdlü Elnarə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Saatlı rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

Faktla bağlı Saatlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47