Saatlıda qamışdan ibarət ev yanıb

Bakı. 17 mart. REPORT.AZ/ Saatlı rayonunun Potubəyli kəndində vətəndaşa məxsus birmərtəbəli qamışdan ibarət evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 100 kv.m sahədə yanıb.

"Report" xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 18:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər