Saatlı. 28 fevral. REPORT.AZ/ Saatlı rayonunda qohumunun evindən oğurluq edən şəxs saxlanılıb.
Bu barədə “Report”un Aran bürosuna DİN-in Mətbuat xidmətinin Şirvan şəhər regional qrupundan məlumat verilib.
Belə ki, Saatlı rayonunun Dədə Qorqud kənd sakini olan bir qadın fevralın 27-də rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus 7000 manatlıq qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Saatlı RPŞ-nin əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Dədə Qorqud kənd sakini Roman Cahangirov saxlanılıb.
Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.