Saatlıda 35 yaşlı kişini avtomobil vurdu

Saatlı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Qızılkənd kəndində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Cavadov Elçin Mehman oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona sağ sirkə kasasının kənarının yerdəyişən sınığı diaqnozu qoyulub.

Digər xəbərlər

Qubada zəlzələ qeydə alınıb 14 avqust, 2026 / 21:06
Sumqayıtda kafe yanıb 14 avqust, 2026 / 17:48