Saatlı sakinində odlu silah aşkarlanıb

Saatlı rayon sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"un Muğan bürosuna verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayon sakini Həsən Məmmədovdan müvafiq sənədləri olmayan “İj-18EM" markalı ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41