Saatlı sakini odlu silahı polisə təhvil verib

Saatlı rayon sakini odlu silahı polisə təhvil verib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlarla müntəzəm şəkildə aparılan profilaktiki tədbirlər nəticəsində rayon sakini Elnur Abbaszadə müvafiq sənədləri olmayan “TOZ-63” markalı qoşa lüləli ov silahını könüllü olaraq rayon polis şöbəsinə təhvil verib.

Digər xəbərlər

Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26