Rusiyada keçirilən beynəlxalq turnirdə Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb

Bakı. 19 noyabr. REPORT.AZ/ Rusiyanın Vladiqafqaz şəhərində keçirilən "Alans" beynəlxalq turnirinin ilk günündə sərbəst güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazanıb.

“Report” xəbər verir ki, 97 kq çəkidə yarışan Şərif Şərifov finala qədər bütün rəqiblərini tam üstünlüklə məğlub edib.

Finalda yerli idmançı Vladislav Baytsayevlə gərgin keçən qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Sonuncu xalı qazandığından qələbə rəqibə verilib. Təmsilçimiz gümüş medalla kifayətlənib.

57 kq çəkidə yarışan Georgi Edişeraşvili isə turnirin bürünc medalına sahib olub.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56