Rusiyada delfinariya yanıb

Bu gün səhər Rusiyanın Sevastopol şəhərindəki delfinariyada yanğın olub, yanğın damın bir hissəsini və yaxındakı suvenir dükanlarını məhv edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, həmçinin delfinariyanın infrastrukturunun bir hissəsi də yanıb.

Heyvanlar xəsarət almayıb. Hadisə zamanı onlar suda, yanğın ocağından 10 metr aralıda olublar.

Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, artıq yanğın söndürülüb.

Hadisə yerində müstəntiqlər işləyirlər.

Digər xəbərlər

Xaçmaz rayonunda zəlzələ olub 05 iyul, 2026 / 09:05
Masazırda maşın yanıb 04 iyul, 2026 / 14:30
İmişlidə zəlzələ olub 04 iyul, 2026 / 13:48