Rusiyada azərbaycanlı gənc itkin düşüb - FOTO

Bakı. 26 mart. REPORT.AZ/ Rusiyada Azərbaycan əsilli gənc itkin düşüb.

"Report" xəbər verir ki, 1986-cı il təvəllüdlü, Məmmədov Vüsal Nizami oğlu Murmansk şəhərindən taksi ilə çıxıb və həmin vaxtdan ondan heç bir xəbər yoxdur.

Vüsal evdən çıxanda üzərində tünd rəngli gödəkçə və şalvar, həmçinin qara çəkmə olub. Onun boyu 170 sm, bədən quruluşu ortadır.

Görənlərdən bu nömrəyə xəbər verməsi xahiş olunur: (8152) 42-23-72.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48