Rusiyada axtarışda olan şəxs Azərbaycanda tutulub

Bakı. 23 sentyabr. REPORT.AZ/ Rusiya Federasiyasında (RF) axtarışda olan şəxs Azərbaycanda saxlanılıb. "Report"un Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində RF-nin cinayət məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Tehran Osmanov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Sumqayıtda yük avtomobili aşıb 24 dekabr, 2025 / 13:04
Xəzər dənizində zəlzələ olub 23 dekabr, 2025 / 08:59