Rusiyada axtarışa verilən şəxs Azərbaycanda tutulub

Bakı. 15 oktyabr. REPORT.AZ/ Rusiyada axtarışa verilən şəxs Azərbaycanda tutulub. "Report"un xəbərinə görə, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, DİN Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci maddəsi ilə axtarışda olan İskəndər Məmmədov tutulub.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47