Bakı. 31 oktyabr. REPORT.AZ/ Bakı Hava Limanında külli miqdarda sintetik narkotiklərin qaçaqmalçılığında təqsirləndirilən Tümen vilayətinin sakini saxlanılıb. Bu barədə "Report" RF Tümen vilayəti üzrə DİN-in mətbuat xidmətinə istinadən xəbər verir.
Qurumdan verilən məlumata görə, beynəlxalq axtarışda olan şəxs Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən tutulub. O külli miqdarda qadağan olunan maddələrin qaçaqmalçılığında ittiham olunur.
Hazırda onun RF ərazisinə ekstradisiyası məsələsinə baxılır.