Rusiya DİN-in general-mayoru dələduzluqda şübhəli bilinir

Rusiya Daxili İşlər Nazirliyinin İctimai Asayişin Qorunması Baş İdarəsi rəisinin birinci müavini, general-mayor Aleksey Melnikov saxlanılıb.

“Report” RT-yə istinadən xəbər verir ki, bu barədə Moskva şəhər Basman Məhkəməsi məlumat yayıb.

Bildirilib ki, general–mayor 100 milyon rubl (1 milyon 565 min dollar) məbləğində dələduzluqda şübhəli bilinir. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47