Ramiz Rzayev: “Ötən il Ali Məhkəmənin 27 əməkdaşı test imtahanlarını müvəffəqiyyətlə verərək hakim seçilib”

“Ötən il Ali Məhkəmənin 27 əməkdaşı test imtahanlarını müvəffəqiyyətlə verərək hakim seçilib”.

“Report” xəbər verir ki, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

O bildirib ki, öən il Ali Məhkəmənin fəaliyyətinin hüquqi və informasiya təminatı gücləndirilib: "Aparatda yeni texnologiyalar tətbiq edilib. Ali Məhkəmənin mülki, cinayət və hərbi kollegiyalarında 2018-ci ildə baxılmış işlər 2017-ci ilin müvafaiq dövrü ilə müqayisədə azalıb, inzibati-iqtisadi kollegiyada isə artıb. Mülki kollegiyada 6.5 faiz, cinayət kollegiyasında 3.1 faiz, hərbi kollegiyada isə 8.9 faiz azalma, inzibati-iqtisadi kollegiyada 4 faiz artım müşahidə olunub. Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 2 faiz artıb”.

Digər xəbərlər