Ramanada kamera quraşdıran 36 yaşlı kişi ölüb

Sabunçu rayonunda 36 yaşlı kişini elektrik cərəyanı vurub.

"Report" xəbər verir ki, hadisə 1990-cı il təvəllüdlü Əliabbas Niftalıyevin Ramana qəsəbəsinin ərazisində kamera quraşdıran zaman baş verib.

O, xəstəxanaya aparılıb və orada ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50