Quşlar təyyarəni bu hala saldı - FOTO

Bakı. 6 fevral. REPORT.AZ/ İstanbul-San-Paolo reysi ilə hərəkət edən “Türk Hava Yolları” (THY) aviaşirkətinə aid təyyarə quş sürüsü ilə toqquşub.

"Report"-un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, TK 05 səfər saylı “Boeing 300 ER” tipli təyyarə Yunanıstanın hava məkanında quş sürüsü ilə rastlaşıb. Nəticədə təyyarənin uc hissəsində əzilmələr meydana gəlib, radar sıradan çıxıb.

Yaranmış təhlükəli vəziyyəti nəzərə alan pilot təyyarəni İstanbula problemsiz şəkildə endirməyə nail olub. 

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27
Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54