Qusarda polis əməkdaşı bıçaqlanıb

Qusar. 15 iyun. REPORT.AZ/ Qusar rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Şimal bürosu xəbər verir ki, rayon Polis şöbəsinin Həzrə bölməsinin əməkdaşı, 36 yaşlı Həmidulla Müzafəddin oğlu Qayıtmazov öz həmkəndlisi tərəfindən bıçaqlanıb.

Yaralı saat 23:30 radələrində qarın boşluğunda xəsarətlə xəstəxanaya aparılaraq əməliyyat olunub.

Qusar Rayon Prokurorluğunda faktın araşdırılmasına başlanıb.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48
Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05