Qusarda meşə idarəsinin sabiq müdir müavini intihar edib

Qusar. 4 noyabr. REPORT.AZ/ Qusar şəhərində intihar hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, 1956-cı il təvəllüdlü yerli sakin Mahmud Əlipoladov özünü həyətindəki yardımçı tikilidə asıb.

M.Əlipoladovun 3 uşaq atası olduğu bildirilir. O, əvvəllər Qusar Meşə Təsərrüfatı İdarəsinin müdir müavini olub.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Bundan əvvəl Quba sakini özünü Samur-Abşeron kanalına ataraq intihar edib.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29