AQTA Qusardakı zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb - YENİLƏNİB

Qusar rayonunda, istirahət mərkəzində baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq AQTA-dan bildirilib.

Qeyd olunub ki, araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.

14.48

Qusar rayonunda, istirahət mərkəzində 5 nəfər zəhərlənib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Qusar rayonunun Caqar kəndində, istirahət mərkəzinin ərazisində qeydə alınıb.

Belə ki, istirahət edən sakinlər - 1973-cü il təvəllüdlü Fərzəliyeva Aynurə Bəhram qızı, 2003-cü il təvəllüdlü Xanıyev Bəhram Mübariz oğlu, 1986-cı il təvəllüdlü Əskərli Ferid Zaman oğlu, 1997-ci il təvəllüdlü Xanızadə Aygül Mübariz qızı və 2002-ci il təvəllüdlü Fərzəliyeva Qızbəs Fəhruz qızı zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına aparılıblar.

İlkin ehtimala görə, həmin şəxslər qəbul etdikləri qidadan zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xaçmaz rayonunda zəlzələ olub 05 iyul, 2026 / 09:05