Qusarda gənc oğlan intihar edib

Qusar. 10 avqust. REPORT.AZ/ Qusar rayonunda 23 yaşlı kişi intihar edib.

"Report"un Şimal bürosunun məlumatına görə, rayonun Xuray kənd sakini, 1995-ci il təvəllüdlü Musa Firuz oğlu Ağaşirinov özünü yaşadığı evin tövləsində asıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşalrı cəlb olunublar.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər