Qusarda evdən oğurluq edən şəxslər saxlanılıb

Bakı. 20 avqust. REPORT.AZ/ Qusarda evdən oğurluq edən şəxslər saxlanılıb. 

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də Yeni Həyat kəndindəki evlərin birindən 2250 manat pul oğurlamaqda şübhəli bilinən kənd sakinləri Alim Balabəyov və Marat Əlirzayev saxlanılıb.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39