Qusarda evdə partlayış olub, xəsarət alan var

Qusar rayonunun Yeni Həyat kəndində yerləşən fərdi yaşayış evlərin birində partlayış olub.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə nəticəsində 1961-ci il təvəllüdlü Telnaz Hacımuradova yanıq xəsarətləri alıb.

O, Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra Bakıdakı xəstəxanalardan birinə təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54