Qusarda avtomobil motosikletlə toqquşub, ölən var

Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, Mahir Verdixanovun idarə etdiyi motosikletlə Asim Babayevə məxsus “Volkswagen Touareg” markalı avtomobil toqquşub.

Motosikletin sürücüsü xəstəxanaya aparılarkən yolda keçinib. Faktla bağlı cinayət işi başlanılıb.

Digər xəbərlər

Lənkəranda dördotaqlı ev yanıb 05 fevral, 2026 / 13:21