Qusarda 94 yaşlı qadın özünü asaraq intihar edib

Qusar rayonunun Laza kənd sakini, 1929-cu il təvəllüdlü Pirəliyeva Nazpəri Şərif qızı yaşadığı evdə özünü asıb.

"Report"un Şimal bürosunun məlumatına görə, onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

İntiharın səbəbi hələ məlum deyil.

Hadisə ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54