Qusarda 57 yaşlı qadın sirkə turşusu içib

Qusar. 16 dekabr. REPORT.AZ/ Qusar rayonunda 57 yaşlı qadın sirkə turşusu içib. 

"Report"un Şimal bürosu xəbər verir ki, rayonun Həzrə kənd sakini, 1959-cu il təvəllüdlü Gülnaz Abbasova zəhərlənmə diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə çatdırılıb. 

Xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir. 

Hüquq-mühafizə orqanları onun sirkə turşusunu qəsdən və ya ehtiyatsızlıqdan qəbul etməsini araşdırır.

Digər xəbərlər

Zaqatalada zəlzələ olub 01 oktyabr, 2026 / 14:59