Qusarda 32 yaşlı qadın intihar edib

Qusar rayonunda intihar hadisəsi baş verib.

"Report"un şimal bürosunun məlumatına görə, hadisə şəhərin Tofik İsmayılov küçəsində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Ağamədova Şəhla Vadim qızı kirayədə yaşadığı evin birinci mərtəbəsində özünü asaraq öldürüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

İntihar hadisəsi ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27