Qusarda 18 yaşlı gənci it dişlədi

Qusar rayonunda 18 yaşlı gənci it dişləyib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Əniqoba kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 2002-ci il təvəllüdlü Tayson Aslanovun əlini it dişləyib.

Xəstəyə Qusar Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib, sarğı bağlanıb və vaksinasiya edilib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47