Qubada yol qəzasında xəsarət alan qadın ölüb - YENİLƏNİB

Quba. 13 dekabr. REPORT.AZ/ Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan qadın xəstəxanada ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, 1960-cı il təvəllüdlü Səhər Hacıyevanın müalicəsinin davam etdirilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Quba-Qusar yolunun rayonun Qırmızı Qəsəbə ərazisindən keçən hissəsində MAN markalı yük avtomobili qarşıdan gələn "Lada-Priora" markalı minik maşınının üstünə çıxıb.

Hadisə zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan ikisinə tibbib yardım göstərilərək ambulator müalicəyə göndərilib. 

Faktla bağlı araşdırma aparılır.



***9:21

Quba. 12 dekabr. REPORT.AZ/ Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Qusar yolunun rayonun Qırmızı Qəsəbə ərazisindən keçən hissəsində baş verib. 

Belə ki, MAN markalı yük avtomobili qarşıdan gələn "Lada-Priora" markalı minik maşınının üstünə çıxıb. Nəticədə "Lada" markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər ağır dərəcəli bədən xəsarətləri alıblar. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralılar təcili yardım maşınları ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Digər xəbərlər

Sumqayıtda fərdi ev tam yanıb 21 mart, 2026 / 17:18