Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə zamanı rayonun Qəçrəş kənd sakinləri - 1980-ci il təvəllüdlü Təşəkkür Hacıyev, 2014-cü il təvəllüdlü Zəhra Bəhram qızı Ədilova, 1964-cü il təvəllüdlü Fərizə Mövlud qızı Ədilova və 1991-ci il təvəllüdlü Gülnaz Malik qızı Ədilova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
*** 11:03
Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal bürosunun məlumatına görə, iki minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.
Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.