​Qubada vətəndaşa məxsus minik avtomobili yanıb

Bakı. 6 aprel. REPORT.AZ/ Quba rayonunun Bağbanlı kəndində vətəndaşa məxsus “Opel” markalı minik avtomobilinin mühərriki və salonu yanıb.

“Report” xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Qaradağda yük maşını aşıb 17 avqust, 2026 / 10:20