Qubada üzərinə divar uçan şəxs ölüb

Qubada üzərinə divar uçan şəxs ölüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə avqustun 3-ü saat 12 radələrində rayonun Xınalıq kənd ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini Zeynalov Eldəniz Zal oğlu yaşadığı kənddə "Magro Costruction" MMC
tərəfindən aparılan təmir-bərpa işləri ilə əlaqədar fərdi yaşayış evinin divarlarını
metal alətlə sökən zaman sökülən hissə üzərinə uçub. Nəticədə o, aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər